“Meqa Sığorta”da 1,2 milyon manatlıq azalma

saytların hazırlanması

Evə çatdırılma

“Meqa Sığorta”da 1,2 milyon manatlıq azalma

İqtisadiyyat

28 Fevral 2025 15:59 566


“Meqa Sığorta” şirkətinin sığorta haqları ötən ay 1,2 milyon manata yaxın azalıb.  

 “Yeni Sabah” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Məlumata görə, sığorta şirkəti bu ilin yanvar ayında 2 milyon 913 min manat sığorta yığımı əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 28,5% və ya 1 milyon 159 min manat azdır.  Dördpendirli pizza

2024-cü ilin yanvar ayında isə “Meqa Sığorta” 4 milyon 72 min manat sığorta haqqı toplaya bilmişdi. Sığorta şirkəti yığımların həcminə görə qeyri-həyat sığortaçıları arasında 4-cü olub. 

Sığorta şirkəti ötən ay 1 milyon 174 min manat ödəniş həyata keçirib ki, bu də ötən ilin eyni dövrünə nisbətən 33,1% çoxdur. 2024-cü ilin yanvar ayında “Meqa Sığorta” 882 min manat sığorta ödənişini həyata keçirmişdi. 

Nəticədə “Meqa Sığorta”nın zərərliliyi (ödəniş-yığım nisbəti) 22%-dən 40%-ə yüksəlib. 

 Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!