Mərhum nazirin ailəsində miras problemi

saytların hazırlanması

Evə çatdırılma

Mərhum nazirin ailəsində miras problemi

Hadisə

30 May 2025 08:51 10693


Keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalovun vəfatından 7 il keçməsinə baxmayaraq, onun mirası ilə bağlı vərəsəlik məsələsində problemlər yaşanır.

Gununsesi.info-nun məlumatına görə, mərhum nazirin həyat yoldaşı bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edib. Məlumata görə, vərəsəliklə bağlı prosedurlar hələ də başa çatmayıb və Camalovlar ailəsi qanunvericiliyə əsasən vərəsəlik haqqında şəhadətnamə ala bilmir.

Əsas problem, qanunvericiliyə əsasən birinci dərəcəli vərəsələr sayılan həyat yoldaşı, övladlar və valideynlərin dəqiq şəkildə müəyyənləşdirilməsində yaranıb. Pepperoni pizza

Valideynlərin kimliyi Yavər Camalovun doğum haqqında şəhadətnaməsində öz əksini tapır.

Lakin ailəsi bu sənədi əldə etmək məqsədilə müxtəlif dövlət qurumlarına müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən “doğum faktının müəyyən olunması” tələbi ilə məhkəməyə müraciət edilib.

Məhkəməyə təqdim olunan ərizədə göstərilib ki, mərhumun doğum faktının müəyyən olunması onun mirası üzrə vərəsəliyin rəsmiləşdirilməsi üçün zəruridir. Əks halda, notariat orqanına təqdim olunmalı sənədlər tam olmadığından nə həyat yoldaşı, nə də övladları vərəsəlik haqqında şəhadətnamə ala bilirlər. Məhkəmə ərizəçinin müraciətini təmin edib.

Onu da qeyd edək ki, məhkəmə prosesində mərhumun ögey bacı və qardaşları da ifadə veriblər.

Xatırladaq ki, Yavər Camalov 1949-cu ildə Sabirabad rayonunda anadan olub. O, 2006–2018-ci illər ərzində Müdafiə Sənayesi naziri vəzifəsində çalışıb. 2018-ci il iyunun 23-də, müalicə olunduğu İsrail xəstəxanasında vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəhruz
    Rüşvətlə və dövlət əmlakını mənimsəməklə yaranan miras belə də olmalıdır.
    12 months ago