Mərhum telediktorun qızı məzun oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Mərhum telediktorun qızı məzun oldu - Fotolar

Sosial

20 Dekabr 2025 11:04 564


Xalq artisti, mərhum televiziya diktoru Rafiq Hüseynovun qızı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.

“Yeni Sabah” xəbər verir ki, Leyli Hüseynli bu sevincini sosial şəbəkə hesabında paylaşıb:

“Elə bu an etibarilə mən artıq məzunam! Marqarita pizza

İllərdir karyerama üstünlük verdikdən sonra yenidən tələbə olmağın necə olacağını bilmirdim. Zaman keçdi və mən magistr təhsilimi fərqlənmə ilə başa vurdum.

Bu yol mənə bu müddətdə sahib olduğum dəstəyi daha çox dəyərləndirməyi öyrətdi. Minlərlə kilometr uzaqlıqdan belə o dəstəyi hiss edirdim – hər dərsdə, hər xoş anımda bunu duyurdum.

LSE mərhələsinin bitdiyini deyə bilmərəm. Çünki tanış olduğum insanlar və qazandığım biliklər bundan sonrakı həyatımın hekayəsində əsas xətt kimi yer alacaq.

Ailəmə, müəllimlərimə və ən əziz dostlarıma sonsuz minnətdaram. Biz bacardıq!”

Qeyd edək ki, Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib. O, 4 dəfə ailə qurub, Leyli onun dördüncü evliliyindən dünyaya gələn qızıdır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!