Mərkəzi Bank 200 mln. dollar gəlir əldə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank 200 mln. dollar gəlir əldə edəcək

İqtisadiyyat

30 Sentyabr 2019 15:43 762


Bu ilin sonunadək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə olunmasından əldə etdiyi gəlirlərin həcmi təxminən 200 mln. ABŞ dolları təşkil edəcək.

"Yeni Sabah" bildirir ki, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 6 mlrd. dollardan çoxdur: "Ehtiyatlarımızın bazara müdaxiləsi olduqca cüzidir, məhz ona görə də onlar konservativ şəkildə artır. Başlıca mənbə bütövlükdə valyuta ehtiyatlarının idarə olunmasından əldə olunan gəlirlərdir". Dominos pizza

E. Rüstəmov əlavə edib ki, ehtiyatların artırılması bankın başlıca məqsədi deyil. Əksinə, AMB-nin valyuta ehtiyatlarının neytrallığı onu göstərir ki, bank bazara müdaxilə etmir.

"Yəni, bank nə bazara valyuta satır, nə də alır. Yalnız çox lazımi hallarda müəyyən səbəblərdən – məsələn, bank sektorunun likvidliyini təmin etmək lazım olduğu halda, bankların valyutası olduğu, manata isə ehtiyac duyduğu haldı. Belə hallarda biz müəyyən banklara köməklik edirik", - deyə E. Rustəmiv qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!