Mərkəzi Bank bir ayda 424 mln. dollar vəsaiti satıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank bir ayda 424 mln. dollar vəsaiti satıb - Rəsmi

İqtisadiyyat

01 Noyabr 2024 10:18 811


Bu ilin oktyabr ayında Mərkəzi Bank (AMB) valyuta bazarına satış yönlü müdaxilə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə AMB məlumat yayıbv.

2024-cü ildə valyuta bazarında sabitlik qorunub və Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilib. Bununla belə, ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 mln.ABŞ dolları məbləğində xüsusi satış olub. Dominos pizza

Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 mln. ABŞ dolları azalıb. Valyuta satışı 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılıb. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!