Mərkəzi Bank tanınmış şirkət rəhbərini cərimələdi - MƏBLƏĞ + FOTO

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank tanınmış şirkət rəhbərini cərimələdi - MƏBLƏĞ + FOTO

İqtisadiyyat

10 Sentyabr 2024 18:24 2166


Mərkəzi Bank "Prior Leasing” ASC-ni və onun vəzifəli şəxsini cərimə edib.

Bu barədə “Yeni Sabah" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən lizinq şirkətində tematik yoxlama aparılıb. Məlum olub ki, ASC cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozub. İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən lizinq şirkəti "Prior Leasing" ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən müvafiq olaraq 50 min manat və 10 min manat məbləğində cərimə edilib. Sezar pizza

Sözügedən maddələrə əsasən "Prior Leasing” müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət etməyib. Bundan əlavə, daxili nəzarət proqramını tətbiq etməyib.

Qeyd edək ki, hal-hazırda “Prior Leasing” ASC-nin Baş Direktoru vəzifəsində Nicad Bağırov çalışır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!