Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradıldı

Rəsmi

21 Noyabr 2023 01:52 991


Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən məlumata görə, vətəndaşların müraciətlərinə baxılması, onları maraqlandıran məsələlər, üzləşdikləri problemlər barədə birbaşa ünsiyyət formatında məlumatlanmaq, həll yollarının tapılması, eyni zamanda vətəndaşların maliyyə xidmətləri mövzusunda maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi bölməsi yaradılıb.

Qeyd olunub ki, fiziki və hüquqi şəxslər kredit və sığorta təşkilatları tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarda, həmçinin Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin səlahiyyətlərinə aid məsələlər barədə bölməyə müraciət edə bilərlər. pizza

Bundan əlavə idarənin +994 60 400 22 44 “WhatsApp” qaynar xətti vasitəsilə yuxarıda qeyd olunan məsələlərə aid məlumat və sorğu xarakterli müraciətlərlə bağlı qaynar xəttə yazmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!