Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışdı

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışdı

İqtisadiyyat

18 Noyabr 2024 15:00 1140


"Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir".

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

"Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik", - deyə Taleh Kazımov bildirib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!