Mərkəzi Bankın sədrindən mühüm açıqlama - 2030-cu ilin sonuna qədər...

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bankın sədrindən mühüm açıqlama - 2030-cu ilin sonuna qədər...

İqtisadiyyat

12 Noyabr 2024 09:51 1195


Azərbaycan bank sektoru BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölkədə "yaşıl transformasiya” çərçivəsində maliyyə öhdəliklərinin həcmini açıqlayacaq.

Yenisabah.az xəbər verir ki, bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O vurğulayıb ki, noyabrın 14-də keçiriləcək konfransdakı müzakirələr maliyyə məsələlərinə həsr olunacaq: "AMB maliyyə sektoru ilə birlikdə üç tədbir keçirəcək. Burada, həmçinin bank sektorunun Azərbaycanda “yaşıl transformasiya”nın maliyyələşdirilməsi üzrə üzərinə götürdüyü maliyyə öhdəliklərinin həcmi açıqlanacaq". Marqarita pizza

T.Kazımovun sözlərinə görə, qeyd olunan tarix əlamətdar olacaq, çünki ölkənin bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!