Sonuncu dəfə "Elbet bir gün" serialında rol alan türkiyəli aktrisa Sinəm Ünsal avtomobil qəzası keçirib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə aktrisa İzmirdən İstanbula qayıtdığı zaman baş verib. Sürücü idarəetməni itirib və avtomobil maneələrə çırpılıb.
Xəstəxanaya aparılan aktrisanın hazırda vəziyyətinin yaxşı olduğu bildirilib. Sezar pizza
Qeyd edək ki, Sinəm Ünsal "Gizli saklı" adlı yeni serialda baş rolu canlandıracaq. Ekran işi iyunun 8-də izləyicilərə təqdim olunacaq.
Telegram kanalımız