Məşhur amerikalı aktrisa və müğənni Dayan Kerroll dünyasını dəyişib.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, o, 84 yaşında vəfat edib.
Qeyd edək ki, aktrisa “Klodin” filmindəki baş roluna görə “Ən yaxşı qadın obrazı” nominasiyasında “Oskar”a namizəd olub. Bütün karyerası boyu o, beş dəfə “Emmi”yə, üç dəfə isə “Qızıl qlobus”a namizəd olub. 1990-cı ildə Kerrolla Hollivud Şöhrət xiyabanında ulduz həsr edilib. Toyuqlu pizza

Telegram kanalımız