Amerikalı aktyor Robert Forster 78 yaşında Los-Ancelesdə dünyasını dəyişib.
"Yeni Sabah" xəbər verir ki, aktyorun ölümünə səbəb beyin xərçəngi olub. 1941-ci ilə doğulan aktyorun böyük ekranda debütü 1967-ci ilə təsadüf edib.
Kariyerasının ilk illərində bir müddət teatrda çalışan aktyor daha sonra seriallara çəkilməyə başlayıb. Bununla yanaşı R.Forster aktyorluq karyerası boyu 170-dən çox filmdə çəkilib. Ona məşhurluq gətirən isə Kventin Tarantinonun “Ceki Braun” filmi olub. O, bu ekran işində yaratdığı obraza görə “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyasında “Oskar”a namizəd olub. Forster sonuncu dəfə “El Camino: A Breaking Bad Movie” filmində rol alıb. pizza hut

Telegram kanalımız