Amerikalı məşhur aktyor, komediya ustası Con Uizerspun 77 yaşında vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə onun ailə üzvləri sosial media hesabında açıqlama verib. Aktyorun ölüm səbəbinə dair məlumat yoxdur. Qeyd edək ki, Con 1995-ci ildə ekrana çıxan "Cümə” filmi ilə nüfuz qazanıb.
Amerikalı həmin filmdə məşhur repçi Ays Kyubun atası rolunu canlandırıb. Con daha sonra tamaşaçılar qarşısında "Wayans Bros” komediya filmində oynadığı Uiliyam xarakteri ilə çıxıb. pizza
Ümumiyyətlə o, onlarla rolun ifaçısı kimi yaddaşlarda qalıb. Con Uizerspunun ölümü ilə bağlı məşhurlar başsağlığı mesajları yayımlayıb. /redaktor.az

Telegram kanalımız