Məşhur boksçu 5 dəqiqə taxdığı maska üçün rekord məbləğ ödədi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Məşhur boksçu 5 dəqiqə taxdığı maska üçün rekord məbləğ ödədi - Foto

İdman

28 Noyabr 2019 12:29 1265


Amerika Birləşmiş Ştatlarından olan məşhur boksçu Deontey Uaylder maraqlı hadisə ilə gündəmə gəlib.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı idmançının kubalı rəqibi Luiz Ortiz ilə keçirilən matça taxdığı maska müzakirələrə çevrilib.

Belə ki, qarşılaşma öncəsi rinqə gələrkən 5 dəqiqə boyunca üzünə taxdığı maskanı bir daha istifadə etməyəcəyini bildirib. Lakin 7 raund davam edən və rəqibini nokaut edərək ünvanını qoruyan Uaylderin maskasının qiyməti hər kəsi təəccübləndirib. Onun üzərində qızıl və gümüş tacları olan maskaya 15 min avro (28 min AZN) ödədiyi öyrənilib.  Pepperoni pizza

Matçın ardından taxdığı maska ilə bağlı açıqlama verən Uaylder "Bu maska ilə müasir bir kral və ya döyüşçünü təmsil etmək istədik. İndi və keçmişin birləşməsi oldu. Maska keçmiş Uaylderin yeni Uaylderə dönməsini təmsil edir. Keçmiş keçmişdə qaldı. Salam gələcək...Növbəti matçda geyinəcəyim kostyumum da hazır...Bunu deyə bilərəm ki, bundan çox daha gözəl olacaq" deyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!