Məşhur cütlük ayrılır? - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Məşhur cütlük ayrılır? - Fotolar

Şou

07 Avqust 2025 20:45 293


Türkiyə şou-biznesində "nümunəvi cütlük" kimi tanınan aktyorlar Berk Oktay və Yıldız Çağrı Atiksoyun evliliyində gərginlik yaşanır.

Yenisabah.az xəbər verir ki, cütlüyün boşanacağı ilə bağlı yayılan iddialar sənət aləmində şok təsiri yaradıb.

İddialara görə, Berk Oktayın qızı ilə paylaşdığı foto və altına yazdığı "Nəfəsim hara qədər çatacaqsa, yalnız sənin üçün savaşacağam, qızım" qeydi sosial şəbəkələrdə sürətlə yayılıb və münasibətlərdə problem olduğu fikirlərini gücləndirib. Toyuqlu pizza

Bundan dərhal sonra tərəflərin bir-birini sosial şəbəkələrdə izləmədən çıxarması, gərginliyi daha da artırıb.

Lakin az sonra Berk Oktay bu dəfə həyat yoldaşı və qızı ilə birgə fotosunu paylaşaraq “Şükür səbəbim, ailəm” sözlərini yazıb. Bu addım münasibətlərin hələ də tamamilə pozulmadığına işarə edib. Ardınca cütlük bir-birini yenidən izləməyə başlayıb.

Türkmedya-nın jurnalisti Yasemin İlanın məlumatına görə, bu qalmaqalın mərkəzində “set dedi-qoduları” dayanır. İddialara əsasən, Berk Oktay “Harman Yeri” serialının çəkilişləri zamanı tərəf müqabili Gülsim Ali ilə Antalyadakı setdə yaxınlaşıb. Bu hadisə cütlük arasında gərginlik yaradıb və boşanma söz-söhbətlərinə səbəb olub.

Hazırda hər iki tərəfdən rəsmi açıqlama verilməsə də, sosial media istifadəçiləri bu mövzu ətrafında müxtəlif fikirlər səsləndirir.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!