Məşhur futbolçu sosial şəbəkədə klub axtarışına çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçu sosial şəbəkədə klub axtarışına çıxdı

İdman

01 Oktyabr 2019 15:22 830


Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda maraqlı hadisə ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, 33 yaşlı hücumçu şəxsi “Tvitter” hesabında klub axtarması ilə bağlı elan verib. 

Forvard “Mançester Yunayted”in (İngiltərə) klubunun rəsmi səhifəsinin adını işarələyərək, təklif üçün müraciət edib: pizza

“Mənə təklif göndərin. Pula ehtiyacım yoxdur, ancaq mükəmməl bir komanda və yaxşı komanda yoldaşlarına ehtiyacım var”.

Təcrübəli futbolçu “Milan”ın (İtaliya) da adını işarələyib və bunları yazıb: “Sizə həmişə yardım etmək istəmişəm. Ehtiyacınız olanda, mənimlə əlaqə saxlayın”.

Qeyd edək ki, Hondanın son klubu “Melburn Viktoriya” (Avstraliya) olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!