Məşhur futbolçular rəqqasələrlə əylənməyə getdilər, ara qarışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçular rəqqasələrlə əylənməyə getdilər, ara qarışdı - Video

İdman

31 Oktyabr 2019 08:06 1449


Türkiyənin “Qalatasaray” klubunun futbolçularının “Beşiktaş”la derbi matçından sonra (1:0) əyləndikləri video yayılıb. 

“Yeni Sabah” xəbər verir ki, Mario Lemina, Rayan Babel və Rayan Donkun rəqqasələrin olduğu doğum günü məclisində iştirak etməsi azarkeşləri özündən çıxarıb. Tərəfdarlar məğlubiyyətin (0:1) ardından futbolçuların belə əylənməsinə qəzəblənib və onları tənqid və təhqir edib. Sosial şəbəkələrdə od püskürən İstanbul təmsilçisinin fanatlarından həmin oyunçuların sərt cəzalandırılmasını, hətta klubdan göndərilməsini istəyənlər də olub.

Uşağının əməliyyatını əsas gətirərək derbidə iştirak etməyən R.Donk isə komandanı sevməməkdə günahlandırılıb.  pizza

Qeyd edək ki, Donkdan fərqli olaraq, Mario Lemina və Rayan Babel həmin oyunda iştirak edib.

Sözügedən videonu təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!