Məşhur klinikada xərçəng xəstəsinə sətəlcəm diaqnozu qoyulub? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Məşhur klinikada xərçəng xəstəsinə sətəlcəm diaqnozu qoyulub? - Açıqlama

Hadisə

03 Avqust 2020 18:50 2273


Xəbər verdiyimiz kimi, bu gün jurnalist Zamiq Məmmədli sosial şəbəkədə “HB Güven Klinikası”nı atasının ölümündə günahlandırıb.

Yenisabah.az xəbər verir ki, “HB Güven Klinikası”ndan “Qafqazinfo”ya bildirilib ki, iddiaçı Zamiq Məmmədli faktları olduğu kimi təqdim etməyib, bəzi məqamları təhrif edib, bəzilərini isə gizlədib:

“Hər şeydən əvvəl Dağbəyi Məmmədlinin vəfat etməsi ilə bağlı başsağılığı veririk. Bizə yönəldilən iddialara gəldikdə isə, cavabsız heç bir məqam qalmasın deyə maddələr halında aşağıda cavablarımızı sıralayacağıq.  pizza

Xəstə Dağbəyi Məmmədov Qara oğlu (80 yaş, kişi) klinikaya müraciətinə qədər bədən temperaturunun yüksək olması, təngənəfəslik, ümumi zəiflik, halsızlıq, iştahsızlıq, qeyri adekvat davranışlar və.s şikayətləri olub, COVİD 19 üçün yoxlanılıb və neqativ çıxıb, ev şəraitində dəstəkləyici müalicələr alıb. 

Xəstəmiz 15 iyun 2020 tarixində klinikamıza müraciət etdi. Xəstənin yatışı həyata keçirildikdən sonra qanın, sidiyin ümumi analizləri, qanın biokimyəvi analizi, qan və sidik kulturası testləri aparıldı. Testlər və yanaşı faktorlar dəyərləndirildi, həkim tərəfindən ağ ciyər infeksiyası düşünüldü və ətraflı müayinə üçün Ağ ciyər Kompüter Tomoqrafiyası (KT) etdirildi. Mövcud ağ ciyər KT göstəricisinə əsasən xəstədə vaxtilə keçirilmiş olan və hazırda mövcud pnevmonik vəziyyət qeydə alındı. Həkim tərəfində ağ ciyər vərəminə şübhə olduğundan xəstəyə Quantiferon testi istənildi.

Stasionarda aparılan müalicə nəticəsində 3-cü sutkadan vəziyyəti klinik və laborator olaraq stabilləşməyə başladı və iltihabi göstəriciləri gerilədi, ümumi halı yaxşılaşdı. Xəstənin müalicəsinin davamı üçün evə aparıla biləcəyini və sahə həkiminin nəzarəti altında müalicəsini davam etdirilə biləcəyi bildirildi. Xəstənin yaxını (Zamiq Məmmədli) maddi sıxıntısının olmadığını və müalicənin stasionar şəraitdə davam etməsini xahiş etdi. Xəstə sonrakı müalicəsini evdə davam etdirməsi üçün növbəti həftə (şənbə-bazar sərt karantin günləri sonrası) 22 iyun 2020 tarixində evə yazıldı. 

Evə yazılarkən xəstəyə polivitamin, immunmodulyator və Vərəm pozitiv nəzərə alaraq, (5 deyil,3-lü kombinasiya ilə) xəstənin kilo, yaş göstəricilərini nəzərə alaraq minimal doza təyin edildi. Xəstə ev şəraitində müvafiq dərmanları 3-4 gün qəbul etdikdən sonra xəstə yaxınları vəziyyətinin yaxşı olduğunu bildirdi.

Ev şəraitində müalicəsinin 7-ci günü (29 iyun 2020) xəstə yaxınları xəstənin yenidən halsızlaşdığını bildirdi. Həkimi infeksionist Dr.Nazxanım Qasımova xəstənin bu vəzyyətinin iltihabi proseslə bağlı olmadığını, xəstənin altda yatan onkoloji xəstəliyinin olmasının araşdırılması gərəkdiyini bildirdi.

Doktor xəstə yaxınlarına hansı onkomarrkerləri yoxlamaları gərəkdiyini də söylədi və yönləndirdi. Həkimin məsləhəti ilə xəstə yaxınları xəstənin onkomarkerlərini yoxlatdı və xəstədə onkomarkerlərin (xüsusən CEA) yüksək olması (kolorektal-mədə bağırsaq xərçəngini) təsdiqləndi”.

 


D


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!