Məşhur masaj salonunun karantin qaydalarını pozduğu aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur masaj salonunun karantin qaydalarını pozduğu aşkarlandı

Hadisə

05 Avqust 2020 19:29 862


Bakının Xətai rayonunda xüsusi karantin rejimin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours - Massage Center” aşkar olunaraq fəaliyyəti dayandırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Dominos pizza

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı S.Sultanlı 6 000 manat, digərləri 100 manat cərimə olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!