Türkiyəli məşhur müğənni Özcan Denizin bacısı Gülcan Deniz Türkiyə prezidenti Receb Tayyib Ərdoğandana müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, ürək xəstəliyindən əziyyət çəkən 22 yaşlı qız qardaşının onunla maraqlanmadığını deyib. O, xəstəliyinə görə Tdövlət başçısından yardım istəyib:
"Əvvələr koah xəstəsi olan anama baxırdım. İndi mən özüm də xəstəyəm. Evdən çıxa bilmirəm. Həm anamın, həm də mənim müalicəyə ehtiyacımız var. Prezidentimizdən kömək istəyirəm". pizza
Qeyd edək ki, Gülcan müğənninin atası Sadık Denizin ikinci həyat yoldaşından olan qızıdır. Gənc qız, atası öldükdən sonra qardaşının onlarla maraqlanmadığını deyib. Gülcanın sözlərinə görə, o dəfələrlə müalicə və təhsil haqqı üçün Özcana zəng etsə də, müğənni zənglərə cavab verməyib.

Telegram kanalımız