“Seçkilər günü təyin edildi və mən də seçkilərdə iştirak etməyə hələ də qərarlıyam”.
“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib. O, bildirib ki, parlament seçkilərində iştirakı vətən və millətə qarşı bir öhdəlik kimi gəbul edirəm. “Məqsədim varlanmaq, biznes qurmaq deyildir. Məqsədim fürsət tapa bilsəm xalqın qarşısında can borcumu yerinə yetirməkdir.
Əslində millətvəkili ilə səngərdəki əsgər arasında çox da fərq yoxdur, doğru qavranılsa. Marqarita pizza
Seçkilərə hansısa bir blok, ya da partiya ilə qoşulmağı düşünürəm. Əsl məqsədləri insanımıza xidmət olan birliklərin, patiyaların əməkdaşlıq təklifinə açıq olacam. Məqsədim və fəaliyyətim ölkədə hüququn üstünlüyünü təmin etməkdən ibarət olacaqdır.
Hansı seçki dairəsindən namizədliyimi irəli sürəcəyimi daha qərarlaşdırmadım. Bu, Fizuli rayonu ola biləcəyi kimi, Bakı şəhərində də hansısa rayon ola bilər.
Vətəndaşlara söz verməyəcəm ki onlara yol çəkəcəm. Bu deputatın işi deyil. Deputatın işi millətdir, millətin bugünü və gələcəyidir”.
Telegram kanalımız