Məşhur saç məhsulu ilə bağlı QƏRAR –   Təcili geri çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur saç məhsulu ilə bağlı QƏRAR – Təcili geri çağırıldı

Dünya

05 İyun 2026 12:02 183


Böyük Britaniyada xoş qoxusuna görə geniş istifadə olunan məşhur saç baxım məhsullarından birinin təhlükəli bakteriya riskinə görə satışdan yığışdırılması barədə qərar qəbul edilib. 

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin Məhsul Təhlükəsizliyi və Standartları ofisi açıqlama yayıb. 

Bildirilib ki, “Beauty Pie Super Healthy Hair Magic Smoothing Heat Shield Spray” adlı saç spreyinin bəzi partiyalarında ciddi mikrobioloji risk aşkarlanıb. Toyuqlu pizza

Qurumun məlumatına görə, məhsulun 3094A partiya nömrəli seriyası üzərində aparılan yoxlamalar zamanı onun zaman keçdikcə qoruyucu xüsusiyyətlərini itirdiyi müəyyən olunub. Bu isə “Pseudomonas aeruginosa” adlı bakteriyanın çoxalması üçün əlverişli şərait yarada bilər.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, həmin bakteriya xüsusilə immun sistemi zəif olan şəxslərdə ciddi infeksiyalara səbəb ola bilər.

Məhsulun istehsalçısı olan “Beauty Pie Limited” şirkəti sözügedən partiyanın satışdan çıxarıldığını və geri çağırılma prosesinə başlanıldığını açıqlayıb. Şirkət həmçinin məhsulu alan müştərilərlə birbaşa əlaqə saxlanıldığını bildirib.

Məlumata görə, risk daşıyan məhsul 11 dekabr 2024-cü ildən 6 may 2026-cı ilədək satışda olub.

Qeyd edək ki, məhsul internet platformalarında yüngül tərkibi və xoş qoxusu ilə istifadəçilər tərəfindən müsbət qiymətləndirilirdi.

Qurum istehlakçılara 3094A partiya nömrəli məhsuldan istifadə etməməyi və qaytarılma prosesi ilə bağlı istehsalçı şirkətlə əlaqə saxlamağı məsləhət görüb.

“Beauty Pie Super Healthy Hair Magic Smoothing Heat Shield Spray” adlı saç spreyinin Azərbaycanda satılıb-satılmadığı məlum deyil. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!