Məşhur vəkil həbs olundu - QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Məşhur vəkil həbs olundu - QƏRAR

Sosial

11 Dekabr 2025 09:22 2447


Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, N.Səfərovu bu ayın 9-u polis əməkdaşları saxlayıb. pizza mizza

O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. /Report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!