Azərbaycanlı məşhurlar Gəncədə küçədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun başına gələnlərə səssiz qalmayıblar.
Yenisabah.az BAKU.WS-ə istinadən xəbər verir ki, onlar sosial şəbəkə hesablarında Elgünlə bağlı müxtəlif paylaşımlar edərək ona qarşı edilən bu zorakılığı qınayıblar.
Müğənnilər, aparıcılar və blogerlər şəxsi instaqram hesablarında Elgünün qatillərinin tez zamanda tapılmasını azrulayıblar. pizza sifarişi
Sözügedən paylaşımları təqdim edirik:
Müğənni Gülay Zeynallı
![]()
Əməkdar artist Abbas Bağırov
![]()
Aparıcı Afaq Gəncəli
![]()
Müğənni Günel Zeynalova
![]()
Bloger Nəzrin Nəcəfova
![]()
Müğənni Aysun İsmayılova
![]()
Bloger Aynişan Quliyeva
![]()
Müğənni İradə İbrahimova
![]()
Müğənnilər Sevil-Sevinc Səfərovalar
![]()
Müğənni Almaxanım Əhmədli
![]()
Qeyd edək ki, Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Onun şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət aldığı bildirilib. Ona xəstəxanada qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Elgün aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib:
"Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda... Gözü yerdə imiş. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri... Qabırğaları qırıq-qırıq idi. Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə... Uşaq universitetə hazırlaşırdı, bizim ümidimiz idi. İmtahanının birini vermişdi. Davakar deyildi, bir az zəif uşaq idi. Oxumağa meyilli, çox savadlı idi".
Telegram kanalımız