Məşqçi: Bəzi hakimlər döyülməyə layiqdir

saytların hazırlanması

Evə çatdırılma

Məşqçi: Bəzi hakimlər döyülməyə layiqdir

İdman

06 Mart 2025 17:05 316


Türkiyənin 1-ci liqa təmsilçisi "Amedspor"un baş məşqçisi Servet Çetin hakimləri sərt tənqid edib.

Yenisabah.az xəbər verir ki, o "Ajanspor"a açıqlamasında son zamanlar onların əleyhinə verilən hakim qərarlarının artdığı deyib. 

Çetin bəzi hakimlərin hətta döyülməyə də layiq olduğunu qeyd edib: "Hakimləri döyənləri, onlara qarşı zorakılıq edənləri qınayırıq, amma özümü kənarda çətinliklə saxlaya bilirəm. Yəni insanların da müəyyən bir səbri var. Bəzi hakimlər həqiqətən döyülməyə layiqdirlər. Hakimlər qəsdən "Amedspor"un xal qazanmasına mane olmağa çalışırlar". Dördpendirli pizza

Türkiyə millisinin sabiq üzvü yerli hakimlərin qazandıqları pula da layiq olmadığını bildirib: "Hakimlər qətiyyən heç nəyi haqq etmirlər. Onlar bu pula layiq deyillər. İnsanların alın təri ilə oynayırlar. Ona görə ümid edirəm ki, bütün matçları əcnəbi hakimlər idarə edəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!