“Albasete"nin baş məşqçisi Luis Migel Ramis İspaniya 2-ci liqasının XIX turunda bu gün "Ekstremadura" ilə keçirəcəkləri oyundan danışıb.
“Yeni Sabah” xəbər verir ki, 49 yaşlı mütəxəssis adı yenidən seks qalmaqalında hallanan və 3 il müddətinə azadlıqdan məhrum edilməsi gündəmdə olan millimizin və komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna da toxunub:
"Eddi ilə danışmışam. Tam sakitdir və yaxşı məşq edib. Əhvalı yaxşıdır. Bu, keçici vəziyyətdir. Hadisəylə bağlı məndə olan məlumat siz jurnalistlərdəki ilə eynidir". pizza
Xatırladaq ki, futbol üzrə Azərbaycan millisinin və İspaniya "Albasate"sinin futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Buna səbəb isə, 27 yaşlı yarımmüdafiəçinin 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılmasıdır.
Telegram kanalımız