Messi braziliyalını təriflədi: Fenomen idi

saytların hazırlanması

Evə çatdırılma

Messi braziliyalını təriflədi: Fenomen idi

İdman

04 Fevral 2025 10:16 242


Lionel Messi həyatında gördüyü ən yaxşı futbolçunun adını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, 39 yaşlı hücumçu əfsanəvi oyunçu braziliyalı sabiq forvard Ronaldonu fərqləndirib:

“Ronaldo fenomen idi. Gördüyüm bütün futbolçular arasında Ronaldo mənim üçün ən yaxşısı idi. Ona necə baxmağınızdan asılı olmayaraq, heyrətamiz oyunçudur". pizza sifarişi

Xatırladaq ki, braziliyalı Ronaldo inanılmaz sürəti, texnikası ilə tanınırdı. O, karyerasına “Kruzeyro”da başlayıb, daha sonra PSV, “Barselona”, “İnter”, “Real” və “Milan”da çıxış edib.

Ronaldo 2 dəfə “Qızıl top”u (1997, 2002) və 2 dəfə də dünya kubokunu (1994, 2002) qazanıb. 2002-ci ildə o, turnirin bombardiri olub. Ronaldo karyerası ərzində Amerika kubokunu və Konfederasiyalar kubokunu da qazanıb. Forvard karyerasını 2011-ci ildə başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!