ABŞ ilə hərbi gərginlik fonunda ölkənin birliyə, kollektiv qərar qəbuletməyə və bütün dövlət qurumları arasında koordinasiyaya ehtiyacı var.
"Yeni Sabah" ISNA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, hökumət ədalətsiz strukturlarda islahat aparmaq və xalqa xidmətə davam etmək üçün bütün mövcud imkanlardan istifadə edəcək. pizza mizza
Pezeşkian əlavə edib: “Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır. İranın düşmənləri ölkənin tərəqqi yolunu müxtəlif yollarla bağlamağa çalışırlar”.
İran Prezidenti ötən ay Pakistanın vasitəçiliyi ilə Vaşinqtonla imzalanan anlaşma memorandumuna dair Tehranın həmin sənədin 14 bəndindən heç birində öz hüquqlarından, prinsiplərindən, milli maraqlarından və ya inanclarından geri çəkilmədiyini bildirib:
“Tehran ölkənin maraqlarına zidd olan heç bir güzəştə getməyib. Nəticələrin əksəriyyəti İranın xeyrinə olub. Memorandumda ABŞ tərəfi üçün birtərəfli fayda yaradan heç bir müddəa tapılmayıb”.
Telegram kanalımız