Mətanət Əliverdiyeva: Avtobus sürücüləri, kimə arxayınsınız?

saytların hazırlanması

Evə çatdırılma

Mətanət Əliverdiyeva: Avtobus sürücüləri, kimə arxayınsınız?

Şou

03 Sentyabr 2025 16:22 393


Mətanət Əliverdiyeva avtobus sürücülərindən şikayətlənib.

Yenisabah.az xəbər verir ki, bu barədə aparıcı "Xəzər axşamı"nda danışıb:

"Avtobus sürücüləri, avtobusların arxasında yazılıb ki, "Yol ver", biz də sizə yol veririk. Amma siz vermirsiniz. Avtovağzaldan gələn istər avtobus, istərsə də minik maşınları, siz gözləməlisiniz. Oradakı işarə sizin üçündür. Avtobus sürücüləri, siz kimə arxayınsınız? Sürüb gedirsiniz. Qəza vəziyyəti yaradırsınız. Dominos pizza

Mən avtobus sürücülərindən çox ehtiyat edirəm. Fərq etmir harada, Ağ Şəhərdən bulvar istiqamətindən gəlirəm. Təkcə mən yox, bir neçə insan avtobus sürücülərindən şikayətçidir. Biz sizə yol veririksə, o demək deyil ki, əzib keçin. Xahiş edirəm, səlahiyyətdən süni istifadə etməyin. Sizin üçün xüsusi zolaq ayrılıb. Biz sizin zolağa daxil olmuruq, siz də bizim zolağa daxil olmayın".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!