Mətanət Əsədova tənqid etdi: “Gör, efiri kimlər idarə edir”

saytların hazırlanması

Evə çatdırılma

Mətanət Əsədova tənqid etdi: “Gör, efiri kimlər idarə edir”

Şou

13 Aprel 2025 23:41 953


"Son günlər musiqimiz yaman gündədir. Bu, yaralı yerimdir. Efirdən kənar düşdüm. Musiqidən bixəbər, duyğusuz insanlar onu elə bir yerə gətirib çıxartdılar ki..."

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Qonaqcanlı" verilişində deyib. Sənətçi bayağı mahnıların efirdə reklam edilməsini tənqid edib:

"Elə musiqilərə qulaq asırlar ki, deyirəm, siz nə edirsiniz? Bizi küsdürürsünüz. Meydan boş qala bilər. Amma ondan daha yaxşısı efirə çağırılmalıdır. Bu efir heyifdir. Efirə elə müğənnilər, sənətkarlar həsrət qalıb ki... Uzun müddət gözləyiblər ki, çıxa bilsinlər. İndi isə nə qədər əlçatan olub. Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər. Rəhbərlikdən çox şey asılıldır. Xahiş edirəm, efirdə musiqini yaman günə qoymayaq. Ayıbdır. Bir az həssas, diqqətli yanaşaq. Biz buna görə doğru-düzgün yaxınlarımızı görmədik, balalarımızın üzünə həsrət qaldıq. Söhbət sənətkarlardan gedir". /Axşam.az Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    HÖRMƏTLİ MƏTANƏT XANIM, TAMAMİLƏ DOĞRU İrad tutursunuz. KANAL RƏHBƏRLƏRİ NECƏDİRSƏ APARICILAR DA O SƏVİYYƏDƏDİRLƏR. HAL- HAZIRDA NÜFUZLU KANAL RƏHBƏRİ YOXDUR.
    1 year ago