Metro və avtobuslarda gediş haqqı BELƏ OLACAQ

saytların hazırlanması

Evə çatdırılma

Metro və avtobuslarda gediş haqqı BELƏ OLACAQ

Sosial

05 Dekabr 2025 12:18 3960


Metro və avtobuslarda gediş haqqının 60 qəpiyə qaldırılması digər sahələrdə də bahalaşma gözləntisini artırıb. Əhali xüsusilə kommunal xidmətlərin qiymətlərində dəyişiklik olub-olmayacağı ilə bağlı narahatlıq keçirir. Maraqlıdır, son gediş haqqı artımından sonra kommunal xidmətlərin bahalaşması gözlənilirmi?

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Fuad İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, prosesləri yalnız ehtimal üzərindən qiymətləndirmək mümkündür:

“Burada ehtimal nəzəriyyəsi ilə getmək olmaz. Məsələnin həlli Tarif Şurasının qərarından asılıdır. Bu gün Tarif Şurası qərar qəbul etsə, bahalaşma ola da, olmaya da bilər. Amma gedən tendensiyalar onu göstərir ki, qiymət artımı baş verəcək. Hər hansı tədqiqatla bunu əvvəlcədən müəyyən etmək mümkün deyil, çünki bütün qərarlar qəfil verilir”. Pepperoni pizza

Ekspert bildirib ki, Tarif Şurasının qərarları çox qapalı şəkildə hazırlandığı üçün əvvəlcədən dəqiq proqnoz vermək mümkün deyil:

“Tarif Şurasında qərarlar son dəqiqədə müəyyən olunur. Buna görə də yalnız gözləmək qalır”.

Qeyd edək ki, gediş haqqının artırılması fonunda kommunal xidmətlərdə bahalaşma ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!