Rusiyada koronavirusla zarafat edən gənc həbs olunub.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Rusiyada metroda maskalı bir gənc yerə düşərək titrəməyə başlayıb. Yayılan videolarda sərnişinlərin gəncdən sürətlə uzaqlaşdığı görünür. Lakin sonradan bunun zarafat olduğu, Aleksey Popov adlı gənc oğlanın sosial şəbəkədə paylaşmaq üçün bu cür video çəkdiyi məlum olub.
Bundan sonra Aleksey polis tərəfindən saxlanılıb. Gənc özünü müdafiə zamanı “insanlar maska taxmır, buna diqqət çəkmək üçün etdim", - deyib. Dominos pizza
Sabrina Eldarqızı
Telegram kanalımız