Metroda uşaqları diləndirən qadın həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Metroda uşaqları diləndirən qadın həbs edildi

Kriminal

01 Noyabr 2022 12:36 840


Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsi, Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə metrostansiyalarda 4 azyaşlını dilənçiliyə sövq edən 1984-cü il təvəllüdlü R.Məmmədova saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

R.Məmmədova öz qohumlaının övladlarını dilənçiliyə sövq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsilə inbzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallara baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib. Sezar pizza

Məhkəmənin qərarı ilə R.Məmmədova 10 gün müddətində inzibati həbslə tənbeh edilib. Azyaşlıların valideyinləri Polis Şöbəsinə dəvət olunaraq profilaktiki söhbətlər aparıldıqdan sonra övladları onlara təhvil verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!