Metronun 4 stansiyasında işıqlar söndü -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Metronun 4 stansiyasında işıqlar söndü - Açıqlama

Sosial

11 May 2019 13:45 1004


"Bakı Metropoliteni"nin 4 stansiyasında texniki problem yaranıb.

Bunu "Yeni Sabah"a açıqlamasında  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metronun "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 yanvar" stansiyalarının daxili işıqlanmasında problem yaranıb: "Problem təxminən 2 dəqiqə olub və həmin xətt üzrə hərəkət edən qatarların hərəkətində gecikmə yaradıb. Artıq problem aradan qaldlrılıb və qatarlar normal qrafiklə hərəkət edir". pizza sifarişi

B.Məmmədov bildirib ki, elektrik enerjisində problem yalnız stansiyaların işıqlandırılmasında baş verib, qatar xəttində gərginlik dayanmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!