Metronun tavanından su sızır

saytların hazırlanması

Evə çatdırılma

Metronun tavanından su sızır

Sosial

27 Aprel 2019 02:09 859


Bakıda metronun “Həzi Aslanov” stansiyasının tunelinin tavan hissəsindən su sığmağa başlayıb.

Məlumata görə, stansiyanın giriş hissəsindəki tunelin tavanından su axıb. Məsələ ilə bağlı sayta açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, su sızmasına səbəb ərazidən keçən su xəttində baş verən nasazlıqdır: “Hadisə ilə bağlı dərhal “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. “Azərsu” əraziyə qəza xidmətini göndərib. Hazırda problem aradan qaldırılır”.

B.Məmmədov bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmur: “Nə sərnişin axınında, nə də qatarların hərəkətində problem yoxdur”. pizza sifarişi

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!