Metropoliten gələn il 10 ventilyator alacaq

saytların hazırlanması

Evə çatdırılma

Metropoliten gələn il 10 ventilyator alacaq

Sosial

04 İyun 2019 13:13 1232


Bu ilin payızına qədər “Bakı Metropoliteni” QSC-nin stansiyalarında ümumilikdə 7 yeni ventilyator quraşdırılacaq.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

Onun sözlərinə görə, onların 2-si artıq metronun “Memar Əcəmi” və “ Qara Qarayev” stansiyalarında quraşdırılıb:  Marqarita pizza

“Həmin ventilyatorların gücü 75kVt-dur. Qarşıdakı dövrdə “Nizami”, “Nəriman Nərimanov” və Ulduz stansiyalarında da yeni ventilyatorlar quraşdırılacaq. Bunlardan isə 2-si 75kVt-luq, 3-ü isə 55kVt-luq olacaq. 2 ədəd 55kVt-luq ventilyator “Nərimanov” və “Ulduz” stansiyalarının arasındakı tuneldə, biri isə “Nizami” stansiyasında quraşdırılacaq. Ventilyatorlar xüsusi sifariş əsasında Rusiyanın “Ventprom” maşınqayırma zavodunda istehsal olunub. 7 ventilyator artıq Bakıdadır. Onların idarəetmə sistemləri Almaniyanın “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Bu il 7 ventilyator dəyişdiriləcək, gələn il isə daha 10 ventilyatorun alınması nəzərdə tutulur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!