Metroya minən milyarder çətin vəziyyətə düşdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Metroya minən milyarder çətin vəziyyətə düşdü - Video

Dünya

18 Yanvar 2020 20:38 1465


ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd milyarder Maykl Blumberq San-Fransisko metrosunda çətin anlar yaşayıb.

"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlardan görünür ki, metroya düşən Blumberq turniketin qarşısında çaş-baş vəziyyətdə qalıb. Kartı necə istifadə edəcəyini bilməyən milyarder köməkçisi gələnə qədər bir neçə uğursuz cəhd edir, kartı turniketin müxtəlif hissələrində yoxlayır.

Bu hadisə sosial şəbəkələrdə gülüşlə qarşılanıb. Pepperoni pizza

Qeyd edək ki, analoji hadisə 2016-cı ildə seçki kampaniyası zamanı prezidentliyə namizəd Hillari Klintonun da başına gəlmişdi. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!