“Meydan TV işi” üzrə məhkəmə başladı

saytların hazırlanması

Evə çatdırılma

“Meydan TV işi” üzrə məhkəmə başladı

Siyasət

12 Dekabr 2025 11:50 501


"Meydan TV" işi ilə bağlı ittiham olunan şəxslərin məhkəməsi keçirilir.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə məhkəmə istintaqının başlayacağı gözlənilir.

2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, bu ilin fevral ayında isə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) da sözügedən cinayət işi üzrə həbs olunublar. Toyuqlu pizza

2025-ci ilin mart ayında Ülviyyə Əli (Quliyeva), avqust ayında isə fotomüxbir Əhməd Muxtar da "Meydan TV" işi ilə bağlı həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!