“Meymun” sözü işlədən Mourinyonun cəzalandırılması tələb olunur

saytların hazırlanması

Evə çatdırılma

“Meymun” sözü işlədən Mourinyonun cəzalandırılması tələb olunur

İdman

25 Fevral 2025 12:40 207


"Qalatasaray" klubu "Fənərbaxça” ilə keçirilən son oyundan sonra futbolçularının ünvanına təhqiredici ifadələr işlədən "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun cəzalandırılmasını istəyir.

Yenisabah.az xəbər verir ki, Mourinyo rəqib futolçularını meymuna bənzədib.

“Qalatasaray”ın bununla bağlı yaydığı bəyənatda isə portuqaliyalı məşçinin əxlaqsız fikirlər səsləndirdiyi və bunun klubu hədsiz dərəcədə narazı saldığı qeyd olunub.  Toyuqlu pizza

"Qalatasaray" Mourinyonu irqçilikdə ittiham edib: “Türkiyədə fəaliyyətə başladığı gündən mütəmadi olaraq türk xalqının ünvanına aşağılayıcı ifadələr işlədən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo indi də qeyri-insani ifadələr işlədib. Joze Mourinyonun irqçi ifadələri ilə bağlı prokurorluğa, UEFA və FİFA şikayət edəcəyimizi bildirmək istəyirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!