Meymunlarda da koronavirus aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Meymunlarda da koronavirus aşkarlandı

Maraqlı

12 Sentyabr 2021 08:20 1081


ABŞ-ın Corciya ştatının paytaxtı Atlantadakı bir zooparkda qorillalarda koronavirus aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Atlanta Zooparkı məlumat yayıb.

Bildirilib ki, bir qorilla sürüsündə öskürək, burun axıntısı və iştahsızlıq əlamətləri müşahidə edilib: Toyuqlu pizza

“Qərbi Afrika düzənlik qorillası” növündən olan qorillalardan götürülən ağız və burun yaxması nümunələri Corciya Universitetinin laboratoriyasına göndərilib. Nəticələr müsbət olub”.

Zooparkdan neçə qorillanın yoluxması barədə məlumat verilməsə də, ABŞ mətbuatı onların sayının 13 olduğunu yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!