Meyxanaçı Mehman Əhmədli tənqidlərə məruz qalan “Meyxəbər” proqramından danışıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, o, şou xəbərlərə yumoristik rəy verməsinin normal olduğunu bildirib:
“Bu proqramın kökü, strukturu belədir. Yəni xəbərləri müzakirə edirik. Al Paçinodan söhbət gedirsə, 89 yaşlı adam 29 yaşlı arvadından şübhələnir ki, uşaq ondan deyil. Biz də demişik ki, şübhələnməyə haqqı var. Bunu müzakirə etmişik. Toyuqlu pizza
Proqramın formatı budur. Bundan sonra tək buna yox, başqa şeylərə də şərh veririk. Rusiyada bu cür proqramlar daha partlayışa səbəb olur, bizdə fərqlidir. Xalq sevməz, yayımı saxlayarıq”.
Qeyd edək ki, M. Əhmədli ilə yanaşı sözügedən verilişi Vüqar Əbdülov, Oqtay Kazım və Rüfət Nasosnu təqdim edir.
Telegram kanalımız