Meyxanaçı Vüqar Əbdülov haqqında çıxan xəbərlərə aydınlıq gətirib.
"Yeni Sabah" xəbər verir ki, sənətçi "Zaurla Günaydın" proqramında bir neçə gün əvvəl Topaz-da 144 min manat udması məsləsinə aydınlıq gətirib:
"Bu haqda özüm də mediada eşitdim. Belə bir şey yoxdur. Futbolla maraqlanıram. Dostlarla maraqlı oyunları izləyəndə Topaz-da oynayıram. Amma az pul qoyuram. Qoyduğum pulun üç qatını udduğum olub. Amma birdəfəyə 3 min qoymaq mənim gücümdə deyil. Bilmirəm, bu söhbətlər haradan çıxıb". Toyuqlu pizza
Vüqar dostu tərəfindən aldadılıb, 125 min manata ev aldığını etiraf edib:
"Ev məsləsi doğrudur. Neçə il əvvəl dostum dələduzluq edib, mənə saxta sənədlə ev satdı. Onu şəxsi tanıdığım üçün polisə də şikayət etmədim. 10 ilə yaxındır məsələ uzanır. Ev də məndə yoxdur. Bu boyda problemim var, hər yer yazdı. Bir nəfər mən zəng edib, dəstək durmadı".
Telegram kanalımız