Model Aysu Bədəlzadənin sosial şəbəkədə paylaşdığı foto etirazla qarşılanıb.
“Yeni Sabah” xəbər verir ki, Aysu meyxanaçı Orxan Lökbatanlı ilə birlikdə otel otağında çəkilmiş şəklini yayıb.
Aysunun bu paylaşımı isə birmənalı qarşılanmayıb. İzləyiciləri Aysunu evli kişi ilə görüşdüyü üçün ittiham ediblər. Modelə izləyicisindən gələn “Orxanin evi eşiyi yoxdur?” sualına, “Yoxdur ki, yanımdadır” cavabını yazıb. Toyuqlu pizza
Qeyd edək ki, Orxanın həyat yoldaşı mətbuata açıqlamasında ərinin model Aysu Bədəlzadə ilə sevgili olduğunu demişdi: "Orxanın daha öncə də bir qadınla münasibəti var idi. Həmin qadın mənə yazdı. Mən də ayrılmaq istədim, sonra oğluma görə barışdım. Oğlumun 5 yaşı var. 1 aydır ki, atasının ailəsindən xəbəri yoxdur. Oğlu nə yedi, nə içdi, dərsə getdi, ya getmədi, xəbərsizdir”.



Telegram kanalımız