Türkiyənin Uşak Universitetində keçirilən buraxılış mərasimində açılan LGBT bayrağı gündəm yaradıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial mediada yayılan görüntülərdən sonra Uşak Universitetindən məsələ ilə bağlı açıqlama gəlib.
Açıqlamada bildirilib ki, universitet bu addımı qətiyyən dəstəkləmir və məsələ ilə bağlı rəsmi prosedur başlanıb: Dominos pizza
“17.07.2023-cü il tarixində Uşak Universiteti Ədəbiyyat Fakültəsinin Molekulyar Biologiya və Genetika bölməsinin məzun günündə məzunlardan biri mərasim zamanı ani bir hərəkətlə paltarında gizlətdiyi LGBT bayrağını açıb. O, bunu təxribat məqsədilə, öncədən kiməsə xəbər vermədən edib. Universitetimizin sözügedən addımı bəyənməsi və dəstəkləməsi mümkün deyil. Həmin şəxsin davranışı ilə bağlı rəsmi proses başlanıb”.
Gülxanım Əliyeva
Telegram kanalımız