Mikayıl Cabbarov Hezer Evans ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Hezer Evans ilə görüşdü

İqtisadiyyat

16 Noyabr 2024 16:57 1330


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evans ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib.

"COP29 çərçivəsində ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evansla görüşdə Birləşmiş Ştatlarla Azərbaycan arasında genişlənməkdə olan energetika, ticarət və işgüzar əlaqələrin əhəmiyyətini vurğuladıq. "Təmiz enerji" sahəsində irəliləyişlər və dayanıqlı inkişafı dəstəkləyən sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri barədə fikir mübadiləsi apardıq", - deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!