Mikayıl Cabbarov Rikardo Hausmanla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Rikardo Hausmanla görüşdü

İqtisadiyyat

25 Oktyabr 2024 18:48 1074


İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla videokonfrans formatında görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, əmək bazarının leqallaşdırılması istiqamətində vergi inzibatçılığında aparılmış islahatlar barədə məlumat verilib. İslahatların əmək bazarına təsiri müzakirə edilib. "Growth Lab" Mərkəzinin Azərbaycanda çoxşaxəli və dayanıqlı iqtisadiyyatın təşviqinə dəstək göstərməkdə maraqlı olduğu bildirilib. Dominos pizza

Mərkəz tərəfindən irəli sürülən və COP29 çərçivəsində təqdim ediləcək "Yaşıl artım portalı" layihəsi ilə tanışlıq olub. Portal "Growth Lab"ın "İqtisadi mürəkəbblik" metodologiyasına əsasən hər bir ölkəyə yaşıl inkişaf imkanlarını müəyyən etməyə şərait yaradacaq. Təşəbbüsün Azərbaycanın "yaşıl artım" istiqamətində cəhdlərinə töhfə olacağı vurğulanıb.

Tərəflər Harvard Universiteti ilə əməkdaşlığın gündəliyindəki digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!