“Milan azarkeşi idim, sonra ağıllandım” - “Yuventus”un futbolçusu

saytların hazırlanması

Evə çatdırılma

“Milan azarkeşi idim, sonra ağıllandım” - “Yuventus”un futbolçusu

İdman

12 Noyabr 2019 17:05 989


"Yuventus"un futbolçusu Corcio Kyellini uşaqlıqda “Milan” azarkeşi olduğunu etiraf edib.

“Yeni Sabah” xəbər verir ki, 35 yaşlı müdafiəçi illər sonra bunun düzgün qərar olmadığını və ağıllandığını bildirib: "Təəssüf ki, mən "Milan" fanatı idim. Amma bu artıq keçmişdə qalıb. İllər keçdikcə ağıllandım. Paolo Maldini ən sevdiyim oyunçu idi. Əkiz qardaşım "Yuventus" azarkeşi idi. "Milan"ı ona qarşı çıxmaq üçün seçmişdim. "Yuventus" məni 20 yaşında transfer edəndə, qardaşım çox xoşbəxt olmuşdu. Turinə yollanandan sonra bu klubu çox sevdim. İndi dünyada “Yuventus”u məndən çox sevən insan olmaz".

Qeyd edək ki, 2004-cü ildə “Roma”dan “Yuventus”a keçən futbolçu “ağ-qaralar”ın heyətində 384 oyun keçirib və 18 titul qazanıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!