İtaliya millisinin və “Milan”ın sabiq futbolçusu Rikkardo Montolivo karyerasını bitirib.
“Yeni Sabah” xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında futboldan birdəfəlik getdiyini söyləyib: “Bu gündən etibarən karyeramı bitirirəm. Bundan sonra nə edəcəyim haqqında bir fikrə sahib deyiləm. Sadəcə, onu bildirim ki, ailəmlə birgə Milanda yaşayacağam. “Milan” məni karyeramı bitirməyə vadar etdi. 7 ildən sonra doğru-düzgün azarkeşlərlə vidalaşa bilmədim”.
2012-ci ildən “qırmızı-qaralar”da çıxış edən futbolçu 2018/19 mövsümündə heç bir rəsmi matçda meydanda olmayıb. Onun “Milan”la müqaviləsi 2019-cu ilin yayında bitib. Klub onunla müqavilə uzatmayıb və Montolivo işsiz qalıb. Montolivo 67 oyunda İtaliya millisinin şərəfini qoruyub. Dominos pizza
Telegram kanalımız