“Millətin qanına kimi...” -   Xoşqədəm Hadı Rəcəblinin müdafiəsinə qalxdı

saytların hazırlanması

Evə çatdırılma

“Millətin qanına kimi...” - Xoşqədəm Hadı Rəcəblinin müdafiəsinə qalxdı

Siyasət

18 Oktyabr 2019 15:42 1747


Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva millət vəkili Hadı Rəcəblini müdafiə edib. 

“Yeni Sabah” xəbər verir ki, millət vəkili ilə fotosunu sosial şəbəkədə paylaşan aparıcı izləyicisi tərəfindən tənqid edilib. 

“Ona tərif etdiniz, amma bunu bilin. Bu millətin qanına kimi içib... Nəinki nəvəsinə, nəticəsinə belə xalqın pulundan miras qoyan Hadı müəllim başda olmaqla bütün məmurların boynunun borcudur ki, insanlara köməklik etsin” – deyə izləyicilərdən biri deputatın xalqın pulunu mənimsədiyini və kömək etməyə məcbur olduğunu bildirib.  Toyuqlu pizza

Xoşqədəm Baxşəliyeva isə öz növbəsində deputatı müdafiə edib:

“Mən yalan yox, gerçəyi dedim. O bu on ildə təkcə elə mənim verilişimdə adının çəkilməsini istəməyərək neçə-neçə insana yardım edib! Lütfən, kiminsə haqqına girməyin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!