UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.
"Yeni Sabah" xəbər verir ki, "dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya milliləri qarşılaşıblar. Görüşün taleyini 1 qol həll edib. Qonsalo Qedeşin 60-cı dəqiqədə vurduğu qol portuqaliyalılara qələbə qazandırıb. İlk dəfə keçirilən turnirin qalibi olan Portuqaliya seçməsi eyni zamanda Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.
Bu matçdan əvvəl - saat 17:00-da isə üçüncülük uğrunda İsveçrə - İngiltərə oyunu keçirilib. Əsas və əlavə vaxtı qolsuz başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan britaniyalılar turnirin bürünc medalını qazanıblar. Sezar pizza
Qeyd edək ki, hər dörd komanda A divizionunda qrup qalibi olub.
UEFA Millətlər Liqası
Final
22:45. Portuqaliya - Hollandiya - 1:0
Qol: Q. Qedeş, 60
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
3-cü yer uğrunda görüş
17:00. İsveçrə - İngiltərə - 0:0 (Penaltilər seriyasında - 5:6)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Telegram kanalımız